
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir. Az.shafaqna.com xəbər verir ki, bu Azərbaycan Fövqəladə Nazirliyinin məlumatında deyilir.
“Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.”, – deyə FHN-nin Mətbuat Xidməti qeyd edir.






























