Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda dərc edilən “Dimokratia” qəzetinin rəhbərliyini məhkəməyə verib.

Belə ki, adıçəkilən qəzet 18 sentyabrda Ərdoğanı təhqir edib.

Türkiyə prezidentinin vəkillərindən biri Hüseyn Aydın deyib ki, Türkiyə cinayət məcəlləsinin 299-cu – “Prezidenti açıq şəkildə təhqir etmək” maddəsi ilə iddia qaldırılıb.

Onun sözlərinə görə, bu cür təhqirlərdən öz mövqeyini əsaslandırmaq üçün söz tapa bilməyən şəxslər istifadə edir.

Qaldırılan iddiada qeyd edilir ki, Yunanıstan qəzetinin hərəkətləri söz azadlığı kimi qəbul edilə bilməz.

Əvvəlki məqaləTbilisidə səhra çadırları quraşdırılacaq – SƏBƏB
Növbəti məqalədəŞəhid çavuşumuz dəfn edildi – FOTO