© SPUTNIK / ALEXANDER IMEDASHVILI

Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Tbilisidə vətəndaşların pulsuz COVID-19 testindən keçə biləcəyi səhra çadırlarının yerləşdirilməsi planlaşdırılır.

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin məlumatına görə, testlər könüllü şəkildə və pulsuz olacaq.

Çadırların konkret olaraq harada yerləşəcəyi yaxın günlərdə bəlli olacaq. Qərar Koordinasiya Şurasından tərəfindən qəbul ediləcək.

Xatırladaq ki, hazırda bu cür səhra çadırları Acarıstanda, xüsusən də Batumi və Kobuletidə var. Geniş miqyaslı test çərçivəsində istənilən şəxs pulsuz şəkildə koronavirus testindən keçə bilər.

Qeyd edək ki, Koordinasiya Şurası Acarıstanda məlum çadırların yerləşdirilməsi qərarını koronavirusa yoluxma və yay mövsümündə burada istirahət edənlərin sayının artmasına görə yerləşdirilməsi qərarını qəbul edib.