Ermənistan səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Az.shafaqna.com xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.

O vurğulayıb ki, müvəqqəti işlər vəkili Ermənistanın İsraildə səfirlik açmasına etiraz olaraq XİN-ə çağırılıb.

Xətibzadə qeyd edib ki, Ermənistanın İsraildə səfirlik açması ilə bağlı İran tərəfininnarazılığı müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.