Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 948-a çatıb, onlardan 825 nəfər sağalıb, 15 nəfər ölüb. Karantin rejimində 3569 vətəndaş, xəstəxanalarda isə 199 nəfər müalicə alır.