
Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, bu il Botsvanada fillərin kütləvi ölümü sianobakteriyalara (göy-yaşıl yosunlar) görə baş verib.
Bu barədə Botsvana Milli Qorurqlarının direktoru Sirila Taolo məlumat verib.
Onun sözlərinə görə, 330 heyvan bakteriyanın qurbanı olub.
Məlumdur ki, sianobakteriyalar su və ya nəm torpaqda yaşayırlar. Onlar bir neçə növ toksin hazırlaya bilirlər. Suda sianobakteriyaların böyük miqdarda mövcudluğu həm heyvanların, həm də insanların həyatı üçün təhlükə ola bilər.
Xatırladaq ki, fillər aprel ayında Botsvanada kütləvi tələf olmağa başlayıblar. Ən çox sayda heyvan cəsədi Okvanqo çayı deltasının şimal hissəsindəki su mənbələrinin yaxınlığında tapılıb. Sözügedən ərazi isə Botsvanın ən çox qorunan qoruqlarından biridir.






























