BMT-dən ABŞ-Çin münaqişəsi ilə bağlı xəbərdarlıq

108
0

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, BMT Baş katibi Antoniu Quterriş ABŞ və Çin arasındakı münaqişənin səbəb ola biləcəyi mümkün ciddi problemlər barədə dünyaya xəbərdarlıq edib.

O, qeyd edib ki, daha öncə qüvvədə olmuş bipolyar (ikiqütblü) sistem yoxdur, onun əvəzinə çoxqütblü sistem gəlib.

Lakin dünya hələ çoxqütblü deyil, orada xaos hökmranlıq edir və dövlətlər arasındakı münasibətlər daha da çətinləşir”, – deyə Quterriş bildirib.

Baş katib əlavə edib ki, iki ən böyük iqtisadi dövlət – Çin və ABŞ arasındakı vəziyyət yaxşı tərəfə dəyişdirilə bilər.

Onun sözlərinə görə, hazırda vəziyyət barədə öncədən xəbər vermək mümkün deyil, buna görə də bir neçə il gözləmək lazımdır.