Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya mərkəzinin rəhbər müavini kontr-admiral Aleksandr Qrinkeviç bildirib ki, “yaxın günlərdə terrorçular İdlib əyalətindəki Erixa və Besames yaşayış məntəqələrinə hücumlar səhnələşdirməyi planlaşdırırlar“.

“Həyat Təhrir əş-Şam”, digər adı ilə “Nusra Cəbhəsi” terror təşkilatı bu təxribata əl atmaqla Suriya ordusunu dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham etmək istəyir.

Qrinkeviç deyib ki, sözügedən təxribatların hazırlanmasında “Ağ dəbilqəlilərin” də birbaşa iştirakı var.