
Az.shfaqna.com “Al-Sumaria”-ya istinadən xəbər verir ki, İraq güc strukturu əməkdaşları Bağdadda bir neçə terror aktının qarşısını aldıqlarını və İŞİD terror təşkilatının başçılarından birini ələ keçirdiklərini bəyan ediblər.
Bağdad Milli Təhlükəsizlik İdarəsinin məlumatına görə, terrorçuların lideri Ərbəin günü üçün terror aktları hazırlayırdı.
Hazırlanmış pusqu zamanı terrorçu tutulub.






























